Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 ”Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimizdir” adlı  tədbir keçirilib.

21.09.2023

“Heydər Əliyev İli” ilə əlaqədar Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin  tabeliyində kənd və  qəsəbələrdə fəaliyyət göstərən Balakürd, Qızılhacılı, Yeniyol və Xanqərvənd kənd Mədəniyyət evlərinin  Tədbirlər Planı çərçivəsində 20.09.2023-cü il tarixində Goranboyda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə "Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimizdir" adlı  tədbir keçirilib.
Keçirilən tədbirdə Goranboy rayon Mədəniyyət Mərkəzinin direktoru , Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşı Nicat Məmmədov, Goranboy rayon Sukanal İdarəsinin müdiri , Çernobıl Əlilləri Cəmiyyətinin sədri Namiq Məmmədov,Mədəniyyət işçiləri və  İctimaiyyət nümayəndələri iştrak etmişdir.
Tədbir iştrakçıları əvvəlcə Goranboy rayonunun mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.
Goranboy rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə  ilk öncə Mərkəzin  foyesində Ulu Öndər Heydər Əliyevin  tarixi  səfərlərini əks etdirən fotoşəkillərin nümayişi olub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bildirib ki, “Heydər Əliyev İli” ilə əlaqədar keçirilən tədbirlərdə deviz kimi istifadə olunan Ulu Öndərin “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamı müdrik dövlət xadiminin dövlətçilik irsinin və ideyalarının əbədiyaşar olduğunu təsdiqləyir.
Tədbir iştirakçıları çıxış edərək  qeyd ediblər ki, həm sovetlər birliyi dönəmində, həm də müstəqilliyin bərpasından sonra Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini təmin edib. 
 

 

156.4 KB